Premyer Liqada uğursuz mövsüm keçirən "Çelsi"nin rəhbərliyi baş məşqçi Mauritsio Poçettino ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, London təmsilçisi argentinalı mütəxəssislə yollarını ayırmayacaq. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Poçettino mövsümün sonuna kimi komandada qalacaq. Rəhbərlik baş məşqçi ilə bağlı yayda yenidən qərar verəcək.
Qeyd edək ki, Mauritsio Poeçttino mövsümün əvvəlində "Çelsi"nin baş məşqçisi təyin olunub. Komanda Premyer Liqada 23 turdan sonra 33 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi