"Yuventus" mövsümün sonunda baş məşqçi Massimiliano Alleqri ilə yollarını ayıracaq.
Sportal.az xəbər verir ki, Turin təmsilçisini çalışdırmağa ən real namizəd hazırda "Bolonya"nın baş məşqçisi olan Tiaqo Mottadır. Bu barədə "Corriere della Sera" nəşri məlumat yayıb.
"Yuventus" rəhbərliyi ilə 41 yaşlı mütəxəssis arasında ilk danışıq baş tutub.
Qeyd edək ki, Tiaqo Motta 2022-ci ilin sentyabr ayından "Bolonya"ya rəhbərlik edir. Onun klubla müqaviləsi mövsümün sonunda başa çatır.
saytlarin hazirlanmasi