Millimizin məşqçisi: "Çətin qrupa düşdük"

23:26 - 8 Fevral 2024

Xəbər verdiyimiz kimi, bu gün Fransanın paytaxtı Parisdə UEFA Millətlər Liqası turnirinin 2024/2025 mövsümünün püşkatma mərasimi keçirilib.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin məşqçisi Arif Əsədov püşkü dəyərləndirib:

"Düşünürəm ki, çətin qrupa düşdük. Səbətlərin ən güclü milli komandaları ilə qarşılaşacağıq. Həmin komandaların hər biri ilə bu yaxınlarda oyunlarımız olub. Bu qarşılaşmalarda qalib də gəlmişik, məğlub da olmuşuq. Düşünürəm ki, maraqlı qrupdur. Milli komandamıza uğurlar arzu edirəm".

Qeyd edək ki, Azərbaycan yığması C Liqasının 1-ci qrupunda İsveç, Slovakiya və Estoniya ilə mübarizə aparacaq.

Xəbər xətti