İtaliya A Seriyasında yanvar ayının ən yaxşı oyunçusu müəyyənləşib.
Sportal.az xəbər verir ki. başa çatan ayın ən yaxşıs adına "Yuventus"un hücumçusu Duşan Vlahoviç layiq görülüb. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Serbiyalı forvard səsvermədə Lautaro Martinez (“İnter”), Alessandro Buoncorno ("Torino"), Albert Qudmundsson ("Cenoa"), Ruben Loftus-Çik ("Milan") və Şimon Yurkovskini ("Empoli") qabaqlayıb.
Qeyd edək ki, Duşan Vlahoviç yanvar ayında A Seriyasında meydana çıxdığı 4 oyunda 6 qol vurub.
saytlarin hazirlanmasi