Millinin baş məşqçisi ilə bağlı qərar

15:52 - 10 Fevral 2024

İngiltərə Futbol Federasiyası milli komandanın baş məşqçisi Qaret Sautqeytlə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, federasiya 53 yaşlı mütəxəssislə yola davam etmək istəyir. Bu barədə "Daily Mail" nəşri məlumat verib.

İngiltərəli məşqçinin müqaviləsinin 2026-cı ildə keçiriləcək dünya çempionatının sonuna kimi uzadılması planlaşdırılır.

Qeyd edək ki, Qaret Sautqeyt 2016-cı ilin sentyabr ayından İngiltərə yığmasını çalışdırır. Onun sözləşməsinin müddəti bu ilin sonunda başa çatır.

Xəbər xətti