İnzaginin yerinə yeni baş məşqçi təyin olundu

11:59 - 12 Fevral 2024

Filippo İnzaqini istefaya göndərən “Salernitana” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, bundan sonra komandaya Fabio Liverani rəhbərlik edəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

47 yaşlı mütəxəssislə imzalanan müqavilənin müddəti açıqlanmayıb.

Qeyd edək ki, “Salernitana” İtaliya A Seriyasında 24 turundan sonra 13 xal toplayıb və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Xəbər xətti