"Liverpul" bu futbolçuya yeni müqavilə təklif edəcək

14:21 - 12 Fevral 2024

"Liverpul" Trent Aleksander-Arnoldu komandada saxlamaq istəyir.

Sportal.az xəbər verir ki, Mersisayd təmsilçisinin rəhbərliyi ingiltərəli sağ cinah müdafiəçisinə yeni uzunmüddətli müqavilə təklif edəcək. Bu barədə yerli mətbuat məlumat yayıb.

"Qırmızılar" klubla 18 aylıq müqaviləsi olan Trentə Məhəmməd Salah və Vircil van Deykdən daha çox maaş təklif edəcək.

Qeyd edək ki, Trent Aleksander-Arnold "Liverpul"un yetirməsidir. 25 yaşlı futbolçu bu mövsüm komandanın heyətində meydana çıxdığı 29 rəsmi matçda 2 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti