"Roma"nın baş məşqçisi postundan istefaya göndərilən Joze Mourinyo açıqlama verib.
Sportal.az xəbər verir ki, portuqaliyalı mütəxəssis İtaliya təmsilçisinindən qovulmasına görə çox məyus olduğunu bildirib:
"Məni ən çox məyus edən şey "Roma"dan qovulmağım oldu. Bu klub üçün hər şeyimi verdim. Geridə qalan 3 il ərzində Portuqaliya milli komandası və Səudiyyə Ərəbistanından gələn böyük təklifləri rədd etdim".
Qeyd edək ki, Joze Mourinyo 2021-ci ilin iyul ayrından 2024-cü ilin yanvarınadək "Roma"nı çalışdırıb. "Canavarlar" onun rəhbərliyi altında tarixi ərzində ilk dəfə Konfrans Liqasının qalibi olub, Avropa Liqasında isə final oynayıb.
saytlarin hazirlanmasi