"Liverpul"un hücumçusu Premyer Liqada ən yaxşı seçildi

15:15 - 16 Fevral 2024

İngiltərə Premyer Liqasında yanvar ayının ən yaxşı oyunçusu müəyyənləşib.

Sportal.az xəbər verir ki, geridə qalan ayın ən yaxşısı "Liverpul"un hücumçusu Dieqo Jota seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Portuqaliyalı futbolçu sorğuda bütün rəqiblərini qabaqlayıb.

Qeyd edək ki, Dieqo Jota yanvar ayında Premyer Liqada meydana çıxdığı 3 matçda 3 matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti