Klopp ən yaxşı baş məşqçi seçildi

16:36 - 16 Fevral 2024

İngiltərə Premyer Liqasında yanvar ayının ən yaxşı baş məşqçisinin adına aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, ötən ayın ən yaxşısı adına "Liverpul"u çalışdıran Yurgen Klopp layiq görülüb. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

"Liverpul" yanvar ayında ölkə çempionatında "Nyukas", "Bornmut" və "Çelsi"ni məğlub edib.

Klopp Premyer Liqa karyerası ərzində 10-cu dəfə ayın məşqçisi seçilib. Bu mükafatı ən çox qazanan "Mançester Yunayted"in əfsanəvi baş məşqçisi Sir Alkes Ferqyusondur. Şotılandiyalı mütəxəssis 27 dəfə ayın məşqçisi olub. Arsen Venger 15, Pep Qvardiola 11, David Moyes isə 10 dəfə ən yaxşı adına layiq görülüb.

Xəbər xətti