Premyer Liqa klubunun futbolçusu üçün mövsüm erkən bitdi

11:25 - 17 Fevral 2024

İngiltərənin "Aston Villa" klubunun heyətində ciddi tiki baş verib.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin yarımmüdafiəçisi Bubakar Kamara sıradan çıxıb. Bu barədə komandanın baş məşqçisi Unay Emeri məlumat verib.

24 yaşlı orta xətt oyunçusu mövsümün qalan hissəsində komandasına kömək edə bilməyəcək. Onun sentyabr-oktyabr aylarında yaşıl meydanlara qayıdacağı gözlənilir.

Qeyd edək ki, "Aston Villa" Bubakar Kamaranı 2022-ci ilin yayında "Marsel"dən transfer edib. Fransalı futbolçu bu mövsüm Birmingem təmsilçisinin heyətində meydana çıxdığı 30 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti