"İnter"in hücumçusu Lautaro Martines adını klubun tarixinə yazdırıb.
Sportal.az xəbər verir ki, argentinalı forvard buna A Seriyasının 25-ci turunun "Salernitana" ilə matçında (4:0) fərqlənməklə nail olub.
Martines bu mövsüm ölkə çempionatında vurduğu qolların sayını 20-yə çatdırıb. 26 yaşlı hücumçu 1952-ci ildən bu yana "İnter" forması ilə ölkə çempionatında ardıcıl 3 mövsümdə 20-dən çox qol vuran ilk futbolçu olub.
saytlarin hazirlanmasi