"Liverpul"da şok itki: uzun müddət oynamayacaq

16:31 - 19 Fevral 2024

İngiltərənin "Liverpul" klubunun heyətində ciddi tiki baş verib.

Sportal.az xəbər verir ki, Mersisayd təmsilçisinin futbolçusu Dioqo Jota sıradan çıxıb. 

Portuqaliyalı vinger Premyer Liqanın 25-ci turunun "Brentford"la matçında sıradan çıxıb. Jota uzun müddət yaşıl meydanlardan uzaq qalacaq. Onun mövsümün son turlarında komandaya qoşulacağı gözlənilir.

Qeyd edək ki, Dioqo Jota bu mövsüm "Liverpul"un heyətində meydana çıxdığı 28 rəsmi matçda 14 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti