Premyer Liqada baş məşqçi istefası

19:57 - 19 Fevral 2024

İngiltərə Premyer Liqasında baş məşqçi istefası gerçəkləşib.

Sportal.az xəbər verir ki, "Kristal Pelas" Roy Hocsonla yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

70 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Roy Hocson 2023-cü ilin mart ayından "Kristal Pelas"ı çalışdırırdı. Komanda Premyer Liqada 24 turdan sonra 24 xal toplayıb və turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

Xəbər xətti