12 il "Napoli"də çıxış etmiş Marek Hamşik yenidən komandaya qayıda bilər.
Sportal.az xəbər verir ki, veteran futbolçu Neapol təmsilçisində məşqçi kimi çalışmağa yaxındır. Bu barədə "Relevo" nəşri məlumat yayıb.
"Napoli"nin prezidenti Aurelio Di Laurentis baş məşqçi Valter Matsaronu istefaya göndərməyə hazırlaşır. Klub rəhbəri onun yerinə Slovakiya milli komandasını çalışdıran Françesko Kalzanonu gətirməyi planlaşdırır. Bu baş tutsa, slovakiyalı sabiq futbolçu Hamşik baş məşqçinin köməkçisi olacaq.
Qeyd edək ki, Marek Hamşik 2007-2019-cu illərdə "Napoli"nin formasını geyinib. O, komandanın heyətində meydana çıxdığı 520 rəsmi matçda 121 qol və 103 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi