"Liverpul"da Məhəmməd Salah şoku

15:11 - 20 Fevral 2024

İngiltərənin "Liverpul" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, Mersisayd təmsilçisinin futboloçusu Məhəmməd Salah sıradan çıxıb. Misirli hücumçu Premyer Liqanın 25-ci turunun "Brentford"la oyununda (4:1) zədələnib.

Ulduz futbolçu sabah ölkə çempionatının növbəti turunun "Luton Taun"la matçını buraxacaq.

Qeyd edək ki, Məhəmməd Salah bu mövsüm "Liverpul"un heyətində meydana çıxdığı 28 rəsmi matçda 19 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti