"Napoli" klubunda baş məşqçi dəyişikliyi reallaşıb.
Sportal.az xəbər verir ki, Valter Madzarri istefaya göndərilib. Onun yerinə Françesko Kalzona təyin edilib.
Kalzona əvvəllər “Napoli”də işləyib. O, Luçano Spallettinin köməkçisi, sonra isə texniki inkişaf üzrə məşqçi kimi çalışıb. Mütəxəssis Slovakiya millisinin də baş məşqçisi vəzifəsində qalacaq.
Qeyd edək ki, Kalzona bu mövsüm Neapol təmsilçisinin 3-cü baş məşqçisidir. Madzarridən əvvəl komandanı Rudi Qarsiya çalışdırırdı.
saytlarin hazirlanmasi