Qvardiola milli komanda çalışdırmaq istəyir

21:18 - 22 Fevral 2024

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola gələcəyi haqda danışıb.

Sportal.az xəbər verir ki, ispan mütəxəssis nə vaxtsa milli komanda çalışdırmaq istədiyini bildirib:

"Bilmirəm məni kim istəyər. Bir milli komandada çalışmaq üçün sizi istəməlidirlər, eynilə klub kimi. Dünya çempionatı, Avropa çempionatı və ya Amerika Kubokunda təcrübə yaşamaq istəyərəm. Bunun nə vaxt olacağını bilmirəm".

Qeyd edək ki, Qvardiola 2016-cı ilin yayından "Mançester Siti"ni çalışdırır. Onun İngiltərə klubu ilə müqaviləsi 2025-ci ilin yayına kimidir. 52 yaşlı məşqçinin adı bir müddət öncə İngiltərə, ABŞ və Braziliyalı milli komandaları ilə hallanırdı.

Xəbər xətti