İtaliya klubu baş məşqçini istefaya göndərdi

15:31 - 26 Fevral 2024

İtaliya A Seriyasında baş məşqçi ayrılığı gerçəkləşib.

Sportal.az xəbər verir ki, "Sassuolo" Alessio Dionisi ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

43 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Alessio Dionisi2021-ci ilin iyul ayından "Sassuolo"nu çalışdırırdı. Komanda bu mövsüm ölkə çempionatında 25 turdan sonra 20 xal toplayıb və turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.

Xəbər xətti