İtaliyanın "İnter" klubu Lautaro Martinesin müqaviləsini uzatmaq istəyir.
Sportal.az xəbər verir ki, Milan təmsilçisi argentinalı forvardla danışıqları davam etdirir.
Tərəflər maaş məsələsində razılığıa gələ bilmir. Bu barədə "La Gazzetta Dello Sport" nəşri məlumat yayıb. "İnter" illik 8 milyon avro maaş təklif edir, Martinesin istəyi isə 10 milyon avrodur.
Qeyd edək ki, "İnter" Lautaro Martinesi 2018-ci ilin yayında Argentinanın "Rasinq" klubundan transfer edib. 26 yaşlı forvard komandanın heyətində meydana çıxdığı 271 rəsmi matçda 127 qol və 41 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi