"Mançester Siti" milli üzvü ilə müqavilə imzaladı

23:20 - 26 Fevral 2024

İngiltərənin "Mançester Siti" klubunda yeni müqavilə qeydə alınıb.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Oskar Bobbun sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Norveç millisinin üzvü 2029-cu ilin yayına kimi "şəhərlilər"ə məxsus olacaq.

Qeyd edək ki, "Mançester Siti" Oskar Bobbu 2019-cu ilin yayında "Valerenqa" akademiyasından transfer edib. 20 yaşlı vinger bu mövsüm komandanın heyətində meydana çıxdığı 16 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti