İngiltərə millisinin üzvü "Arsenal"dan ayrılır

16:31 - 27 Fevral 2024

David Rayanın transferindən sonra əsas heyətdəki yerini itirən Eron Ramzdeyl "Arsenal"dan ayrılmaq qərarı verib.

Sportal.az xəbər verir ki, 25 yaşlı qapıçı mövsümün sonunda Lonton təmsilçisini tərk edəcək. Bu barədə "Football Insider" məlumat yayıb.

İngiltərəli qolkiper az forma şansı qazandığı üçün komandada qalmaq istəmir.  Premyer Liqanın bir neçə klubu onun xidmətində maraqlıdır.

Qeyd edək ki, "Arsenal" Eron Ramzdeyli 2021-ci ilin yayında "Şeffild Yunayted"dən transfer edib. İngiltərə millisinin üzvü bu mövsüm "topçular"ın heyətində 10 rəsmi matçda meydana çıxıb. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimidir.

Xəbər xətti