"Yuventus" serbiyalı forvardla müqavilə imzalayacaq

16:13 - 28 Fevral 2024

"Yuventus" Avropanın bir neçə klubunun transfer siyahısında olan Duşan Vlahoviçi komandada saxlayacaq.

Sportal.az xəbər verir ki, Turin təmsilçisi 24 yaşlı futbolçu ilə yeni sözləşmə barədə razılıq əldə edib. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

Serbiyalı forvard "Yuventus"la 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayacaq. Onun illik maaşı 12 milyon avro təşkil edəcək.

Qeyd edək ki, "Yuventus" Duşan Vlahoviçi 2022-ci ilin yanvar ayında "Fiorentina"dan transfer etmişdi. Serbiya yığmasının üzvü bu mövsüm "ağ-qaralar"ın heyətində meydana çıxdığı 25 rəsmi matşda 15 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti