Poqba 4 il müddətinə futboldan uzaqlaşdırıldı

16:27 - 29 Fevral 2024

"Yuventus"un futbolçusu Pol Poqbanın cəzası məlum olub.

Sportal.az xəbər verir ki, fransalı yarımmüdafiəçi 4 il müddətinə futboldan uzaqlaşdırılıb. Bu barədə "Repubblica Sport" nəşri məlumat yayıb.

Qeyd edək ki, Pol Poqbanın ötən ilin yayında verdiyi dopinq testi müsbət çıxıb. 30 yaşlı futbolçunun təkrar verdiyi testin də nəticəsi eyni olub.

Xəbər xətti