İngiltərənin "Everton" klubu müqaviləsi mövsümün sonunda başa çatan Dele Alli ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi 27 yaşlı vingerə yeni müqavilə təklif edəcək. Bu barədə "The Atletic" nəşri məlumat yayıb.
İngiltərə millisinin sabiq üzvü özü də "Everton"da qalmaq istəyir.
Qeyd edək ki, "Everton" Dele Allini 2022-ci ilin yanvarv ayında "Tottenhem"dən transfer edib. Təcrübəli futbolçu zədə səbəbindən bu mövsüm meydana çıxmayıb. O, sonuncu dəfə ötən ilin fevral ayında icarə əsasında çıxış etdiyi "Beşiktaş"ın heyətində rəsmi oyunda iştirak edib.
saytlarin hazirlanmasi