İngiltərə milli komandasının sabiq hücumçusu Ueyn Runi gələcəklə bağlı hədəflərini açıqlayıb.
Sportal.az xəbər verir ki, o gələcəkdə sabiq klubları olan "Everton" və "Mançester Yunayted"də baş məşqçi kimi çalışmaq istədiyini bildirib:
"Hədəfim "Mançester Yunayted" və ya "Everton"u çalışdırmaqdır. Bu, mənim üçün möhtəşəm olar. Amma təbii ki, zamanla olacaq bir şeydir. Baş məşqçiliyə qayıdıb 10 il sonra bu səviyyədə komandaları çalışdıracağıma ümid edirəm".
Qeyd edək ki, Ueyn Runi futbolçu karyerası ərzində "Everton", "Mançester Yunayted" və "Di Si Yunayted"də çıxış edib. O, baş məşqçi kimi isə "Derbi Kaunti", "Di Si Yunayted" və "Birmingem"i çalışdırıb.
saytlarin hazirlanmasi