İtaliya klubu yeni baş məşqçisini açıqladı

19:55 - 1 Mart 2024

İtaliyanın "Sassuolo" klubunun yeni baş məşqçisi müəyyənləşibş

Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisini Davide Ballardini çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

60 yaşlı italiyalı mütəxəssislə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Davide Ballardini "Sassuolo"nun baş məşqçisi postunda Alessio Dionini əvəzləyib.

Xəbər xətti