"Milan" paytaxt səfərindən 3 xalla dönür - VİDEO

10:36 - 2 Mart 2024

İtaliya A Seriyasında 27-ci tura start verilib.

Sportal.az xəbər verir ki, turun ilk oyununda "Latsio" doğma meydanda "Milan"ı qəbul edib. Qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 56-ya yüksəldən "Milan" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. 40 xalı olan "Latsio" isə 9-cu yerdədir.

"Latsio" - "Milan" 0:1
Qol:
Noa Okafor, 88

Xəbər xətti