"Zirə"nin 2 futbolçusu zədələndi

16:23 - 2 Mart 2024

"Zirə" Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində doğma meydanda "Turan Tovuz"u qəbul edir.

Sportal.az xəbər verir ki, bu qarşılaşmada qəsəbə təmsilçisinin heyətində ciddi itkilər baş verib. "Qartallar"ın müdafiəçisi Məqsəd İsayev zədələnib.

29 yaşlı futbolçu oyunu davam etdirə bilməyib. Onun əvəzinə meydana Fuad Bayramov daxil olub.

Bir neçə dəqiqə sonra Rafael Utsiq də sıradan çıxıb. Onu isə Eldar Quliyev əvəzləyib.

Xəbər xətti