"Milan"ın futbolçusu Rafael Leao gələcəyi haqda danışıb.
Sportal.az xəbər verir ki, "Çelsi", "Barselona" və PSJ-nin transfer siyahısında olan portuqaliyalı vinger hazırkı klubunda qalacağını bildirib:
"Gələcəyim "Milan"dadır. Buradayam və müqaviləmin bitməsinə 4 il qalıb. "Milan" çətin durumda olduğum zaman məni dəstəklədi və kömək etdi. Mən sadiq insanam, bunu unutmayacağam. Bura gələndə bir uşaq idim. Həm insan, həm də futbolçu olaraq inkişaf etdim. Ürəyim buradadır".
Qeyd edək ki, "Milan" Rafael Leaonu 2019-cu ilin yayında "Lill"dən transfer edib. 24 yaşlı ön xətt oyunçusu bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi matçda 9 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi