İtaliya milli komandasının heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, "Sassuolo"nun hücumçusu Domeniko Berardi sıradan çıxıb. 29 yaşlı forvard A Seriyasının 26-cı turunun "Verona" ilə matçında (0:1) zədələnib.
Təcrübəli futbolçunun axilles vətəri qopub. O, 6 ay yaşıl meydanlardan uzaq qalacaq. Bu, isə o deməkdir ki, Berardi Avro-2024-də iştirak edə bilməyəcək.
Qeyd edək ki, Domeniko Berardi İtaliya yığma komandasının heyətində meydana çıxdığı 28 rəsmi matçda 8 qol vurub.
saytlarin hazirlanmasi