Millimizin oyunlarının təqvimi müəyyənləşdi

14:59 - 6 Mart 2024

Qadın futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasının keçirəcəyi oyunların təqvimi müəyyənləşib.

Sportal.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

Azərbaycan millisi ilk matçını aprelin 5-də səfərdə Macarıstana qarşı keçirəcək. Komanda son oyununa da səfərdə çıxacaq.

5 aprel

Macarıstan – Azərbaycan

9 aprel
Azərbaycan – İsveçrə

31 may
Azərbaycan – Türkiyə

4 iyun
Türkiyə – Azərbaycan

12 iyul
Azərbaycan – Macarıstan

16 iyul
İsveçrə – Azərbaycan

Qeyd edək ki, AVRO-2025-in final mərhələsi İsveçrədə təşkil olunacaq.

Xəbər xətti