Erlinq Haalanddan "Real" açıqlaması

18:11 - 6 Mart 2024

"Mançester Siti"nin hücumçusu Erlinq Haaland adının "Real"la hallanması barədə çıxan xəbərlərə münasibət bildirib.

Sportal.az xəbər verir ki, İngiltərə mətbuatına danışan 23 yaşlı futbolçu hazırkı klubunda xoşbəxt olduğunu deyib:

"Mançester Siti"də həqiqətən çox xoşbəxtəm. İndi nəsə desəm, sabah qəzetlərdə manşet olacaq. Sabah nələr baş verəcəyini heç kim bilmir. Amma mən burada çox xoşbəxtəm. Bunu yazın məncə".

Qeyd edək ki, Erlinq Haaland bu mövsüm "Mançester Siti"nin heyətində meydana çıxdığı 31 rəsmi matçda 28 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Norveçli forvardın klubla müqaviləsi 2027-ci ilin yayına kimidir.

Xəbər xətti