"Bayer" Avropa Liqası 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində bu gün Bakıda "Qarabağ"ın qonağı olacaq.
Sportal.az xəbər verir ki, Leverkuzen təmsilçisinin baş məşqçisi Xabi Alonso bu görüşdə əsas qapıçı Lukaş Qradetskini meydana buraxmayacaq. İspan mütəxəssis bu barədə Almaniya mətbuatına məlumat verib.
Azərbaycan çempionu ilə matçda "çərçivə"ni Matey Kovar qoruyacaq. Cavab görüşündə də qapıda Kovar olacaq. Qradetski isə Bundesliqa matçlarında iştirak edəcək.
Qeyd edək ki, "Qarabağ" - "Bayer" qarşılaşması saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
saytlarin hazirlanmasi