İngiltərənin "Nyukasl" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin yarımmüdafiəçisi Antoni Qordon sıradan çıxıb.
23 yaşlı futbolçu diz bağlarından ağır zədə alıb. Onun 6-7 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. İngilis vinger yeni mövsümün əvvəlinə kimi hazır olacaq.
Qeyd edək ki, "Nyukasl" Antoni Qordonu 2023-cü ilin yayında "Everton"dan transfer edib. Ön xətt oyunçusu "sağsağanlar"ın heyətində meydana çıxdığı 39 rəsmi matçda 10 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi