Bolqarlardan millimizə 6 qol

20:51 - 14 Mart 2024

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin 2-ci turu çərçivəsində B liqasının 2-ci qrupunda ilk oyununu keçirib.

Sportal.az xəbər verir ki, Bolqarıstan yığması ilə qarşılaşan millimiz 1:6 hesabı ilə məğlub olub. Komandamızın yeganə qolunu 25-ci dəqiqədə Xanım Əsədova vurub. 

Qeyd edək ki, Azərbaycan milli komandası turnirdə növbəti oyununu 3 gün sonra – martın 7-də, saat 13:00-da Sloveniyanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirəcək.

Xəbər xətti