21 yaşadək futbolçulardan ibarət İngiltərə milli komandasının Avro-2025-in seçmə mərhələsi çərçivəsində Azərbaycan və Lüksemburqla keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.
Sportal.az İngiltərə Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, baş məşqçi Li Karsli 24 futbolçuya dəvət göndərib:
Qapıçılar: Mettyu Kox (“Bristol Rovers”), Sem Tikl (“Viqan”), Ceyms Trefford (“Bernli”).
Müdafiəçilər: Çarli Kressuell (“Lids”), Kallum Doyl (“Lester”), Teylor Harvud-Bellis (“Sauthempton”), Riko Lyuis (“Mançester Siti”), Teden Menqi (“Lyuton”), Jarell Kuansa (“Liverpul”), Bruk Norton-Kaffi (“Milluoll”), Natan Vud (“Suinsi”).
Yarımmüdafiəçilər: Karni Çukvuemeka (“Çelsi”), Hervi Elliott (“Liverpul”), Kobbi Mayno (“Mançester Yunayted”), Ceyms Makati (“Şeffild Yunayted”), Tayler Morton (“Hall Siti”), Arçi Qrey (“Lids”), Aleks Skott (“Bornmut”).
Hücumçular: Ceymi Binoe-Gittens (“Borussiya”, Dortmund), Cey Stansfild (“Birmingem”), Sem İlinq-Junior (“Yuventus”), Noni Madueke (“Çelsi”), Caden Filoqene (“Hall Siti”), Morqan Rojer (“Aston Villa”).
Qeyd edək ki, İngiltərə yığması martın 22-də Bakıda Azərbaycan millisinin qonağı olacaq. Onlar dörd gün sonra isə öz meydanlarında Lüksemburqu qəbul edəcəklər.
saytlarin hazirlanmasi