İngiltərənin "Nottingem Forest" klubu ağır cəzaya məruz qalıb.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin 4 xalı silinib. Bu barədə "The Atletic" nəşri məlumat yayıb.
"Qırmızılar" maliyyə feyr-pley qaydalarını pozduğu üçün İngiltərə Futbol Federasiyası tərəfindən cəzalandırılıb. Klubun cəzaya etiraz etmək hüququ var.
25 xalı olan "Nottingem Forest"in xalları 21-ə düşüb və komanda Premyer Liqada turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.
Qeyd edək ki, daha əvvəl "Everton"un 10 xalı silinmişdi. Klubun etirazından sonra cəza 6 xala endirilib.
saytlarin hazirlanmasi