21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 22-də, saat 16:00-da "Qarabağ Arena"da keçiriləcək Azərbaycan U-21 – İngiltərə U-21 oyununun hakimləri müəyyənləşib.
Sportal.az xəbər verir ki, qarşılaşmanı Bosniya və Herseqovinadan olan hakimlər briqadası idarə edəcək:
22 mart
Azərbaycan U-21 – İngiltərə U-21
"Qarabağ Arena". Saat 16:00
Baş hakim: Antoni Bandiç
Baş hakimin köməkçiləri: Amer Maciç, Boris Dujmoviç
Dördüncü hakim: Mateo Musa