Millimiz Türkiyə ilə bu stadionda qarşılaşacaq

18:41 - 20 Mart 2024

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avro-2025-in seçmə mərhələsi çərçivəsində Türkiyə yığması ilə keçirəcəyi səfər oyununun yeri müəyyənləşib.

Sportal.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Qarşılaşma Erzincandakı "13 Şubat” stadionunda keçiriləcək. Komandalar iyunun 4-də qrupun 4-cü turunda üz-üzə gələcək.

Xəbər xətti