Bəhlul Mustafazadə: "Millidə bütün futbolçular ikiqat məsuliyyətlə çalışır"

17:07 - 21 Mart 2024

Azərbaycan milli komandasının müdafiəçisi Bəhlul Mustafazadə “FIFA series – Edition 2024” çərçivəsində Monqolustan yığması ilə keçiriləcək oyundan öncə mətbuat konfransında iştirak edib.

Sportal.az xəbər verir ki, 27 yaşlı futbolçu jurnalistlərin suallarını cavablandırıb:

- Bizi fərqli futbol mədəniyyətlərinə aid komandalarla oyunlar gözləyir. Yaxşı təcrübə olacaq. Qalib gəlməyə çalışacağıq.

- Yorğunluq var?

- Milli komandadakı ab-hava yüksək səviyyədədir. Hər şey qaydasında gedir. Bura millidir və bunu "Qarabağ"ın oyunçuları olaraq bilirik. Hansısa yorğunluğa baxmayaraq, millidə bütün futbolçular ikiqat məsuliyyətlə çalışır. 

- "Bayer"lə görüşün son dəqiqələrində şanssızlıq yaşadıq. Şəxsi motivasiyan yerindədir?

- Hər şey qaydasındadır. "Bayer"ə qarşı iki gözəl oyun keçirdik. Azərbaycan xalqı da bu mübarizədən məmmun qaldı. Psixoloji baxımdan mənə təsir etmir. 100 milyonluq oyunçu 5 metrdən qapıya düşmürsə, mənim də şansımı qaçırmağımda ciddi problem yoxdur.

Mirbağırağa

Xəbər xətti