Millimizin üzvü: "Qələbə qazandığımız üçün çox xoşbəxtik"

10:58 - 23 Mart 2024

Azərbaycan milli komandası "FIFA series - Edition 2024" layihəsi çərçivəsində Monqolustan yığmasını 1:0 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Vüsal İsgəndərli matçdan sonra açıqlamalar verib:

- Düzdür, favorit göstərilirdik. Hər rəqibə hörmətimiz var. Ağır oyun oldu. Rəqib üstümüzə az gəlirdi, ancaq müdafiə olunurdular. Qələbə qazandığımız üçün çox xoşbəxtik. Azarkeşlərimizə təşəkkür edirəm.

- Rəqibə yuxarıdan aşağı baxırdınız sanki. Sən necə düşünürsən?

- Qətiyyən elə deyildi. Elə komandayıq ki, hər kəsə qarşı ciddi hazırlaşmalıyıq. Bütün oyunlara qələbə üçün çıxırıq. Heç bir rəqibə yuxarıdan aşağı baxmaq düşüncəsi yoxdur. Baş məşqçimiz bizi oyuna yaxşı kökləmişdi. Qol vəziyyətlərindən yararlana bilmədik.

- Bolqarıstanla oyun daha çətin olacaq?

- Əlbəttə, daha çətin olacaq.

- Öz performansını necə dəyərləndirirsən?

- İki perioda ayırardım, "Eqnatia" və "Boluspor". Bəlkə də bəzilərinə görə Türkiyə karyeram bir az yaxşı deyil. Albaniyada qollarım, assistlərim çox idi. "Boluspor"da tam fərqli sistemdə oynayırıq. İnanıram ki, orada da qollarım olacaq. Komanda ilə Super Liqaya yüksəlmək üçün pley-off uğrunda mübarizə aparırıq.

Elçin Əlixan

Xəbər xətti