Türkiyəli məşqçi Rıza Çalımbayın adı Azərbaycan milli komandası ilə hallanır.
Sportal.az xəbər verir ki, 61 yaşlı mütəxəssis məsələ ilə bağlı "NTV Spor"a açıqlama verib. Təcrübəli məşqçi aprelin 2-si keçirilməli olan AFFA-nın prezident seçkilərini gözlədiyini deyib:
"Azərbaycan milli komandasına məni təklif ediblər. Mən də dedim ki, görüşərik. Orada federasiyada prezident seçkiləri olacaq. Buna görə də hələ ki, görüşümüz baş tutmayıb".
Rıza Çalımbay İranın "Persepolis" klubundan da təklif aldığını, lakin qəbul etmədiyini bildirib.
saytlarin hazirlanmasi