Millimizin futbolçusu zədələndi: Bolqarıstana qarşı oynamayacaq

17:16 - 25 Mart 2024

Azərbaycan milli komandasının futbolçusu Vüsal İsgəndərli ötən gün baş tutan məşqdə zədələnib.

Sportal.az xəbər verir ki, futbolçunun adı bu səbəbdən “FIFA series – Edition 2024” layihəsi çərçivəsində Bolqarıstan yığması ilə keçiriləcək oyunun sifariş ərizəsinə salınmayıb.

Qeyd edək ki, Azərbaycan - Bolqarıstan matçı bu gün saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Xəbər xətti