Rusiyalı məşqçi Stanislav Çerçesovun adı Azərbaycan milli komandası ilə hallanır.
Sportal.az xəbər verir ki, AFFA məsələyə aydınlıq gətirib. Türkiyə mətbuatına açıqlama verən federasiyanın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli iddiaları təksiz edib:
"Stanislav Çerçesovla bağlı iddialar doğru deyil. Milli komandanın yeni baş məşqçisi ilə bağlı qərar AFFA-nın İşçi Qrupunun iclasından sonra müzakirə olunacaq. Hazırda Çerçesov və ya başqa məşqçi ilə danışıqlar aparmırıq".
Qeyd edək ki, Stanislav Çerçesov son olaraq Macarıstanın "Ferentsvaroş" klubunu çalışdırıb.
saytlarin hazirlanmasi