"Mançester Siti" liderlə oyuna ciddi itkilərlə çıxacaq

13:24 - 30 Mart 2024

"Mançester Siti" İngiltərə Premyer Liqasının 29-cu turunda doğma meydanda lider "Arsenal"ı qəbul edəcək.

Sportal.az xəbər verir ki. "şəhərlilər" vacib görüşə ciddi itkilərlə çıxacaq.

Belə ki, müdafiəçilər Kayl Uolker və Con Stounz komandaya kömək edə bilməyəcək. Hər iki futbolçu zədəlidir.

Qeyd edək ki, "Mançester Siti" - "Arsenal" qarşılaşması sabah Bakı vaxtilə saat 19:30-da start götürəcək.

Xəbər xətti