Millimiz Monteneqroya böyük hesabla uduzdu

18:59 - 3 Aprel 2024

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundu çərçivəsində B Liqasının 4-cü qrupunda bu gün Monteneqronun müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb.

Sportal.az xəbər verir ki, Latviyanın Salaspils şəhərindəki "Slaspils BSS" stadionunda keçirilən oyun millimizin 0:4 hesblı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan milli komandası turnirdə növbəti oyununu aprelin 6-da, saat 14:00-da "Salaspils BSS" stadionunda Bolqarıstan yığmasına qarşı keçirəcək.

Xəbər xətti