Qadın futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Azərbaycan – İsveçrə oyununa hakim təyinatları açıqlanıb.
Sportal.az AFFA-nın saytına istinadən xəbər verir ki, B Liqasının 1-ci qrupunda oynanılacaq matçı Rumıniyadan olan hakimlər briqadası idarə edəcək:
9 aprel
Azərbaycan (Qadınlar) – İsveçrə (Qadınlar)
Baş hakim: Alina Pesu
Baş hakimin köməkçiləri: Daniela Konstantineşçu, Petruta Klaudia İuquleşçu
Dördüncü hakim: Kristina Mariana Trandafir
"Dalğa Arena". Saat 16:00