"Arsenal" 3 xalı 3 qolla qazandı - VİDEO

09:33 - 7 Aprel 2024

İngiltərə Premyer Liqasında 32-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, "Arsenal" səfərdə "Brayton"un qonağı olub. Qarşılaşma London təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 71-ə yüksəldən "Arsenal" çempionatın lideridir. "Topçular" "Liverpul"dan 1 oyun çox keçirib. 43 xalı olan "Brayton" isə 10-cu yerdədir.

"Brayton" - "Arsenal" 0:3
Qollar:
Bukayo Saka, 33 (pen), Kay Haverts, 62, Leandro Trossard, 86

Xəbər xətti