Paytaxt derbisində "Roma" qalib gəldi - VİDEO

10:40 - 7 Aprel 2024

İtaliya A Seriyasında 31-ci turun görüşləri keçirilir.

Sportal.az xəbər verir ki. turrun mərkəzi matçında "Roma" öz meydanında "Latsio"nu qəbul edib. Paytaxt derbisi ev sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 55-ə yüksəldən "Roma" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. 46 xalı olan "Latsio" isə 7-ci yerdədir.

"Roma" - "Latsio" 1:0
Qol:
Canluka Mançini, 42

Xəbər xətti